...

Baş nazir Antonis Samaras: Yunanıstan Avropaya enerji resurslarının nəqlinin təminatında Azərbaycanın strateji rolunu qiymətləndirir

Siyasət Materials 30 Noyabr 2013 10:30 (UTC +04:00)
2014-cü il yanvarın 1-dən Avropa İttifaqına yarım illik sədrliyə başlayan Yunanıstan Şərq Tərəfdaşlığı Sammitinin qərarlarını yerinə yetirəcək.
Baş nazir Antonis Samaras: Yunanıstan Avropaya enerji resurslarının nəqlinin təminatında Azərbaycanın strateji rolunu qiymətləndirir

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

2014-cü il yanvarın 1-dən Avropa İttifaqına yarım illik sədrliyə başlayan Yunanıstan Şərq Tərəfdaşlığı Sammitinin qərarlarını yerinə yetirəcək. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın Baş naziri Antonis Samaras deyib.

Yunanıstan hökumətinin başçısı Kiyevin Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi ilə bağlı təəssüfünü ifadə edib: "Biz Ukraynanın bu gün sazişi imzalamağa hazır olmamasından təəssüflənirik. Lakin, eyni zamanda, biz onun suveren qərarına hörmət edirik. Aİ-nin qapıları gələcəkdə Ukrayna ilə sazişin mümkün imzalanması üçün açıq qalmalıdır".

Baş nazir daha sonra bildirib: "Biz həmçinin Avropaya enerji resurslarının nəqlinin təminatında Azərbaycanın strateji rolunu qeyd edirik və onun Aİ ilə əməkdaşlığının genişləndirilməsini səbirsizliklə gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti