...

İtaliya XİN: "Şahdəniz 2" üzrə sənədin imzalanması Avropanın enerji təhlükəsizliyini təmin edəcək

Siyasət Materials 16 Dekabr 2013 13:48 (UTC +04:00)
Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarına dair sənədin imzalanması ilə Avropanın enerji təhlükəsizliyi təmin ediləcək.
İtaliya XİN: "Şahdəniz 2" üzrə sənədin imzalanması Avropanın enerji təhlükəsizliyini təmin edəcək

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir E.İsmayılov/

Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarına dair sənədin imzalanması ilə Avropanın enerji təhlükəsizliyi təmin ediləcək. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə İtaliyanın xarici işlər nazirinin müavini Marta Dassu deyib.

Xanım M.Dassu bütün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın vacib rolunu qeyd edib.

Nazir müavini bildirib ki, İtaliya qeyri-enerji sektorunda da Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

"Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı dekabrın 17-də Bakıda imzalanacaq.

Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. "Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir. Bu layihə çərçivəsində ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır.

Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır, bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti