Azərbaycan, Bakı, 12 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev İsrail dövlətinin Prezidenti Şimon Peresə başsağlığı məktubu ünvanlayıb.
Başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, İsrail Dövlətinin keçmiş Baş naziri, görkəmli dövlət xadimi və siyasi xadim Ariel Şaronun vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı verirəm".