...

XİN rəhbəri: Yunanıstan Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün əlindən gələni edəcək

Siyasət Materials 21 Yanvar 2014 14:36 (UTC +04:00)
Yunanıstan Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərin bundan sonra da inkişafı üçün əlindən gələni edəcək.
XİN rəhbəri: Yunanıstan Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün əlindən gələni edəcək

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir S.Əhmədova/

Yunanıstan Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərin bundan sonra da inkişafı üçün əlindən gələni edəcək. Bunu bu ilin birinci yarısında Aİ Şurasına sədrlik edən Yunanıstanın xarici işlər naziri və Baş nazirinin müavini Evangelos Venizelos Trend-ə eksklüziv müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Trans Adriatik boru kəmərinin (TAP) Azərbaycan qazının Avropa bazarlarına nəqli marşrutu seçilməsindən sonra Yunanıstan və Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq kimi xarakterizə edilə bilər. TAP layihəsinin uğuru Yunanıstan üçün çox vacib idi. Belə ki, böyük investisiyaların qoyulması və yeni iş yerlərinin açılması ilə yanaşı, bu, özəl sektorun Yunanıstana və onun iqtisadiyyatına olan inamının göstəricisi idi.

Nazir qeyd edib ki, Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsü Yunanıstandan öncə Litvanın təşkilatdakı sədrliyinin prioriteti idi və təbii ki, Yunanıstan da bu günə kimi əldə olunan inkişafı davam etdirəcək.

Ölkəsinin Aİ Şurasında sədrliyi məsələsinə toxunan E.Venizelos bildirib ki, Yunanıstanın təşkilatda sədrliyinin prioritetlərinə xüsusilə gənclər üçün yeni iş yerlərinin açılması, Avropa və Avrozonada iqtisadi idarəetmənin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, ümumi Avropa dəniz siyasəti daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti