Prezident İlham Əliyev: İndiki Ermənistan Azərbaycanın tarixi torpağıdır, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq (FOTO)

Prezident İlham Əliyev: İndiki Ermənistan Azərbaycanın tarixi torpağıdır, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq (FOTO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış olmuşdur.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş insanların müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin bariz təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün tikilən yeni çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllədə yaradılan şərait də təsdiqləyir.

Ümumilikdə 2001-2013-cü illərdə qaçqın və məcburi köçkünlər üçün yeni salınan 82 qəsəbədə və ya məhəllədə 40 min mənzil istifadəyə verilmişdir. Son 10 ildə isə 77 qəsəbə və ya məhəllə, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Bu təbəqədən olan insanların sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılmışdır. Bu illər ərzində məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 4,6 dəfə artmışdır. Ötən il bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təqribən 1100 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Son on ildə məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalmışdır.

Məhəlləyə gələn dövlətimizin başçısı əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, lazımi avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınmışdır.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər yaradılmışdır.
Dövlətimizin başçısı iş otaqlarında və akt zalında yaradılan şəraitlə maraqlandı.
Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayında oldu.

Qeyd edildi ki, Mədəniyyət Sarayı bu günədək istifadəyə verilən məhəllələrdə inşa olunan sarayların arasında ən böyüyüdür. Saraydakı 500 yerlik zalda ən müasir texnologiya əsasında işıqlandırma və səs sistemləri quraşdırılmışdır. Mədəniyyət Sarayında həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərən musiqi məktəbində yüksək şərait yaradılmışdır.

Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbində də oldu. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin iştirak etdiyi beynəlxalq tədbirləri, Ümummilli Liderin və Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər quraşdırılmışdır.

Dövlətimizin başçısı məhəllənin baş planına baxdı.

Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 məcburi köçkün köçürüləcəkdir. Burada klub-icma mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Gəncə şəhərinin kommunikasiya xətlərinə qoşulmuşdur. Ümumiyyətlə, son beş ildə bütün sosial-texniki infrastruktura malik 23 müasir qəsəbə salınmış, 16 min ailə və ya 76 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti ilə seçilən, müasir avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait vardır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə təşkilinə də xidmət göstərir. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondunun verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.

Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış oldu.

Diqqətə çatdırıldı ki, məhəllədə tikilən bağçada da yüksək şərait yaradılmışdır.
Daha sonra dövlətimizin başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofeliya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, ailə üzvlərinin sayı 5 nəfərdən ibarət olan Ofeliya Məmmədovanın dördotaqlı mənzilində hər cür şərait yaradılmışdır.

Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident İlham Əliyev dedi: "Gəncədə çox gözəl şəhərcik tikilibdir. Son illər ərzində tikilən ən böyük köçkün şəhərciyidir. Burada bütün işlər yüksək səviyyədə görülübdür. Böyük ərazidir, 25 bina tikilib və burada 7 min köçkün yaşayacaqdır. Son illər ərzində tikilən ən böyük layihədir. Əslində şəhər içində bir şəhərdir. Mən görürəm ki, çox gözəl işlər görülübdür. Böyük məktəb, uşaq bağçası, tibb məntəqəsi, 500 nəfərlik mədəniyyət sarayı tikilibdir. Yəni, bütün şərait - idman meydançaları, açıq, qapalı stadion vardır. Burada rahat yaşamaq üçün bütün imkanlar vardır. Siz buna layiqsiniz. Uzun illər ağır şəraitdə yaşamısınız. Bundan sonra rahat yaşayacaqsınız. Sizi təbrik edirəm".

Məcburi köçkün Ofeliya Məmmədova dedi: "Çox sağ olun, cənab Prezidentimiz. Bu gün Sizinlə görüşməyimizə çox şadıq. Biz hərtərəfli sevinc hissi yaşayırıq. Birincisi, bizə Sizinlə - möhtərəm cənab Prezidentimizlə görüşmək nəsib olub. İkincisi, Siz bizim ailəyə hər cür şəraitli olan belə gözəl mənzil hədiyyə etmişiniz. Siz birinci dəfə deyil, həmişə bizlərə qayğı göstərmisiniz. Dünyanın heç bir ölkəsində məcburi köçkünlərə belə qayğı göstərilmir. Göstərdiyiniz bu qayğıya görə ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm.Sizə uzun ömür, cansağlığı arzulayıram".

Prezident İlham Əliyev: "Sağ olun. Son illərdə köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün çox böyük işlər görülür. Bildiyiniz kimi, bu işlərin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. İlk dəfə Dövlət Neft Fondundan birinci ödəmələr köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. O ildən bu günə qədər bu siyasət davam etdirilir. Biz çalışırıq ki, hər il yeni mənzillərlə, evlərlə təmin olunan köçkünlərin sayını artıraq. Misal üçün, keçən il 20 min köçkünün evlə təmin edilməsi nəzərdə tutulurdusa, əslində biz təxminən 30 minə yaxın köçkünü evlə təmin etdik. Yəni, il ərzində 28 min köçkün yeni mənzillərə, evlərə köçmüşdür. Əslində bir il ərzində böyük bir şəhər tikmişik.
2014-cü ildə də bu siyasət davam etdirilir. İlin birinci ayında biz yenə də köçkünlər üçün salınmış ən böyük qəsəbədə görüşürük. Həm dövlət büdcəsindən, həm də Dövlət Neft Fondundan vəsait ayrılır. Keçən il 640 milyon manat vəsait ayrılmışdır. Ondan 300 milyonu Dövlət Neft Fondundan, 300 milyonu dövlət büdcəsindən, cəmi 40 milyonu xarici beynəlxalq donor təşkilatlarından ayrılmışdır. Yəni, əslində bu, özü göstərir ki, bu gün Azərbaycan bütün bu böyük işləri öz hesabına görür və görəcəkdir. Çünki bu, ən ciddi, ən böyük sosial problemdir. Ölkə qarşısında duran problemlərin arasında ən böyük problemdir".

Dövlət başçısı qeyd edib ki, son on il ərzində 170 minə yaxın köçkün yeni evlərə köçübdür: "Ancaq hələ ki, ağır vəziyyətdə yaşayanlar da vardır. O cümlədən siz bu günə qədər ağır vəziyyətdə yaşayırdınız. Ona görə, gələcək illərdə əlbəttə ki, bu sahədə tikinti işləri davam etdiriləcəkdir. O cümlədən Gəncə şəhərində, digər şəhərlərdə fərdi evlər, mənzillər, şəhərciklər tikiləcəkdir.
Biz elə etməliyik ki, bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şərait yaradaq. Ancaq əsas tikinti işləri torpaqlarımız işğaldan azad olunandan sonra başlanacaqdır. Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da vardır. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaqdır.
O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulmuşdur. Yəni, il ərzində təbii artım 120 min nəfər olmuşdur, getdikcə daha da artacaqdır. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaqdır. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaqdır".

Prezident çıxışında deyib ki, bu gün Ermənistan xarici yardım olmadan yaşaya bilmir. Nəinki inkişaf edə, yaşaya bilmir: "Özləri, ən yüksək vəzifəli şəxslər açıq etiraf edirlər ki, biz xarici yardımsız yaşaya bilməyəcəyik. Nəyə görə? Çünki işğalçı siyasət onları bu vəziyyətə salıbdır. Azərbaycan isə bu işğala, çətinliklərə baxmayaraq, son 20 il ərzində müstəqil dövlət kimi görün nə qədər inkişaf edibdir! İnkişaf hələ daha da sürətlə davam edəcəkdir. Ona görə, ərazi bütövlüyümüzün bərpası məsələsi mütləq həll ediləcəkdir. Heç kimdə bu barədə şübhə olmasın. Eyni zamanda, mən bu barədə demişəm və bir daha demək istəyirəm ki, gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdudlaşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azərbaycanlıların yaşadıqları ərazi çox böyük olmuşdur. İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq.
Bilirsiniz ki, 20 ildən artıq işğal çox ağrılıdır, ədalətsizlikdir, insanlara əzab verir, əlbəttə, ölkənin inkişafına böyük maneədir. Ancaq 20 il tarix üçün o qədər də böyük vaxt deyildir. Biz gələcəyə baxmalıyıq, 20 ildən, 30 ildən, 50 ildən sonra necə olacaq, Azərbaycan necə inkişaf edəcəkdir?! Əminəm ki, biz o qədər də uzaq olmayan gələcəkdə bütün tarixi torpaqlara qayıdacağıq. O zaman tarixi ədalət tam şəkildə bərpa ediləcəkdir. Birinci mərhələdə işğal edilmiş torpaqlar boşaldılmalıdır. Dağlıq Qarabağda, ondan sonra bütün başqa yerlərdə azərbaycanlılar yaşayacaqlar. Biz hamımız çalışmalıyıq ki, bu günü yaxınlaşdıraq. Ancaq müvəqqəti olaraq indi bu şərait də vardır. Mən əminəm ki, bu, müvəqqəti bir yaşayış yeridir. Ancaq müvəqqəti də olsa, yaxşı olmalıdır. Burada bütün yüksək standartlar gözlənilibdir".

Ofeliya Məmmədova: "Bəli cənab Prezidentimiz, biz də bilirik ki, bu qəsəbə bizim üçün ömürlük deyildir. Bir arzumuz vardır - Kəlbəcərimizə qayıtmaq, inşallah, belə görüşlərimizi orada etmək".

Prezident İlham Əliyev: İnşallah.

Ofeliya Məmmədova: "Biz bunu Sizə, Sizin siyasətinizə, gücünüzə, güclü ordunuza tam əmin olaraq deyirik. İnşallah, biz belə bir günü keçirəcəyik. Bu, bizə nəsib olacaqdır.
Biz o mənfur ermənilərlə qonşu olaraq yaşamışıq. Onların hər xasiyyətini bilirik. Bilirik ki, onlar güclünün ayağına tez gedirlər".

Prezident İlham Əliyev: "Hələ Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcəkdir. Bilirsiniz, Kəlbəcərin, Laçının, Şuşanın işğalı Qarabağ müharibəsində mənfi tərəfə dönüş yaratdı. Çünki bu işğaldan sonra Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bir bağlantı yarandı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı böyük bir faciə idi. Bunun səbəbi o vaxt Azərbaycana rəhbərlik etmiş adamların xəyanəti, xəyanətkar hakimiyyətin mövcudluğu və bacarıqsızlığı, səhlənkarlığı idi. Ona görə, əgər o vaxt ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq da düşmən tapdağına düşməzdi. Bunu hamı yaxşı bilir. Məhz onun 1987-ci ildə siyasi hakimiyyətdən uzaqlaşdırılmasından iki həftə sonra ermənilər bu məsələni qaldırdılar. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər o böyük məsuliyyəti dərk edə, düzgün siyasət apara bilməmişlər. Onlar xalqdan çox uzaq idilər və bir çox hallarda xəyanətkar siyasət aparmışlar. Ona görə, bu gün biz bax bu vəziyyətlə üzləşmişik".

Dövlət başçısının sözlərinə görə, ancaq bu gün Azərbaycan 1993-cü ildəki Azərbaycan deyildir: "Ermənistan o vaxtdan bu günə qədər daha da tənəzzülə uğrayıb. Azərbaycan daha da inkişaf edib. O vaxt da - işğal zamanı və bu gün də Ermənistan xarici yardımsız heç nəyə qadir deyildir. O vaxt da biz yaxşı bilirdik ki, torpaqlarımız necə işğal altına düşdü. Bu işğalda kim iştirak etmişdi. Ermənilərin nə ordusu, nə imkanı, nə də texnikası var idi. Bizdə də demək olar ki, ordu yox idi. Əlbəttə, torpaqlarımız xarici müdaxilə hesabına işğal altına düşdü. Bu, həqiqətdir. Bunu hamı bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm, uşaqlar da bilməlidirlər, bütün xalq bilməlidir. Çünki tarixi həqiqətləri danmaq mümkün deyildir. Müəyyən mərhələdə bəlkə də bu barədə çox danışılmır. Ancaq tarix tarixdir. Bunu heç kim dəyişə bilməz. Özü də bu, o qədər də uzaq tarix deyildir, gözümüzün qabağında baş verən hadisələrdir. Biz daha da güclü olmalıyıq, olacağıq. Biz öz gücümüzə arxalanırıq. Bu məsələni öz xeyrimizə, ədalətli həll edəcəyik".

Ofeliya Məmmədova: "Cənab Prezident, Siz 10 il ərzində Azərbaycan üçün böyük işlər görmüsünüz. Ötən il keçirilən seçki açıq-aydın bunu göstərdi ki, xalq Sizinlədir. Xalq öz inandığı Prezidentini seçdi. Biz bunu tam əminliklə deyə bilərik. Qoy bizə qara yaxanlar Sizdən öyrənsinlər ki, xalqa məhəbbət, ona münasibət, xalqla yaxınlıq necə olmalıdır. Onu Sizdən öyrənməlidirlər".

Prezident İlham Əliyev: "Çox sağ olun. Mən də xalq üçün, dövlət üçün çalışıram. Çox şadam ki, Azərbaycan doğrudan da sürətli inkişaf dövrünü yaşayır. Sosial problemlər həll olunur, iqtisadiyyat artır. Biz köçkünlər üçün gözəl işlər görürük. On il ərzində 170 minə yaxın insan yeni evlərə köçürülübdür. Biz bundan sonra da bu işləri görəcəyik. Tikinti, yardımlar, güzəştlər, hər şey yerində qalacaqdır. Təki siz rahat yaşayasınız.
İndi Gəncə şəhəri də görün necə gözəlləşibdir. Müasir şəhərə çevrilibdir. Bax bu ərazilər artıq şəhərə, şəhərin mərkəzinə çevrilir, gözəl magistral yol çəkilib, iş yerləri açılır. Gələcəkdə Gəncədə böyük sənaye komplekslərinin tikintisi, digər layihələr nəzərdə tutulur. Yəni, yaxın gələcəkdə bəlkə də başqa rayonlardan buraya işləməyə gələcəklər. Ona görə, Gəncə də gözəlləşir, siz də gözəl qəsəbədə yaşayırsınız. Mən buna çox sevinirəm, çox şadam".

Ofeliya Məmmədova: "Cənab Prezidentimiz, bir həqiqəti deməyi özümə borc bilərdim. Milli musiqimizi, muğamımızı inkişaf etdirən, Azərbaycanın mədəniyyətini, Xocalı soyqırımını, ümumiyyətlə, Azərbaycan həqiqətlərini dünyaya tanıtdıran birinci xanım Mehriban Əliyevanın, qızınız Leyla Əliyevanın gördüyü işlər hər birimizi qəlbən sevindirir".

Prezident İlham Əliyev: "Yeni qəsəbənin açılışı, istifadəyə verilməsi münasibəti bir daha sizi təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Uşaqlar yaxşı böyüsünlər, yaxşı vətəndaş olsunlar, ölkəmizin inkişafına töhfəsini versinlər".

Ofeliya Məmmədova: "Bütün dünya bizə həsəd aparır, cənab Prezidentimiz. Ulu Öndərimiz XX əsrin müqaviləsini imzaladı. Xalqımız indi onun bəhrəsini görür. XXI əsrin müqaviləsini isə Siz imzaladınız. İnşallah, onun da bəhrəsini görərik".

Prezident İlham Əliyev: "Bəli, əlbəttə, ölkəmizin gələcək inkişafı üçün nə lazımdırsa hamısını edəcəyik".

Ofeliya Məmmədova: "Cənab Prezidentimiz, bir daha Sizə minnətdarlığımı bildirirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı, Azərbaycan naminə gördüyünüz işlərdə uğurlar arzulayıram".

Prezident İlham Əliyev: Çox sağ olun.

İran parlamentinin sәdri koronavirusa yoluxub
İran parlamentinin sәdri koronavirusa yoluxub
Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib
Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib
Koronavirusla əlaqədar hotellər üçün güzəştlərin tətbiqi təklif edilir
Koronavirusla əlaqədar hotellər üçün güzəştlərin tətbiqi təklif edilir
Loading Bars
Xəbər lenti
İranda zəlzələ qeydə alınıb
Tramp: ABŞ-a neft idxalına rüsum tətbiq edilə bilər
ANAMA geniş miqyaslı mina təmizləmə əməliyyatlarını müvəqqəti dayandırıb (FOTO)
Kolumbiyada mədəndə partlayış olub - ölənlər var
Dünyada sukta ərzində daha 79 min koronavirus yoluxma halları qeydə alınıb
Türkiyədə zəlzələ olub
Çeferin: Çempionlar Liqası avqustun 3-dən gec olmayaraq başa çatmalıdır
ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini keçdi
Səfirlik: Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini əhatə edir
Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb
Türkiyədə koronavirus qurbanlarının sayı 500 nəfərdən çox olub
Əhaliyə güzəştli işıq limiti artırılacaq
Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək
Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcək?
Kənd təsərrüfatı ilə məşğul olanlar karantin dövründə necə hərəkət edəcək? - Qərar
Azərbaycanda tikinti sektoru üzrə yeni mexanizm yaradılır
Bu tələbələrin təhsil haqqı xərclərini dövlət ödəyəcək
Azərbaycanda dövlət adından şirkətlər vahid mərkəzdən idarə olunacaq
Azərbaycanda təşviq institutları və fondlarının fəaliyyətini əlaqələndirən Koordinasiya Şurası yaradılacaq
Azərbaycanda bu məhsulların idxalı gömrük rüsumundan azad ediləcək
Güzəştli ipoteka kreditlərinin verilməsi üçün əlavə 90 milyon manat ayrılıb
Azərbaycanda birdəfəlik ödənişin məbləği məlum oldu
Sahibkarlıq subyektlərinə ediləcək güzəştlər açıqlandı
İşsiz vətəndaşlar üçün 50 min ictimai iş yeri yaradılır
Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu
Azərbaycanda 300 min muzdlu işçiyə 215 milyon manat kompensasiya ayrılıb
Baş nazir Tədbirlər Planını təsdiqlədi
Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə növbəti dəstək (FOTO/VİDEO)
İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək
Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah
Füzulidə 4 ədəd tank əleyhinə raketlər tapılıb (FOTO)
Naxçıvanda döyüş atışlı taktiki təlim keçirilib (FOTO/VİDEO)
AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət edib
OPEC+ nazirlərinin görüşünün vaxtı dəyişdirildi
Koronavirusla mübarizə aparan həkimlər danışdı (VİDEO)
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
Qubada karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 700 nəfərdən çox artıb
Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara riayət etməsələr, ölkədə qorxulu vəziyyət yaranacaq - Tahir Kərimli
DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət edib
Lyudmila Şubina: Öz düzgün addımlarımızla bu gərgin mübarizədə həkimlərimizi və dövlətimizi dəstəkləmiş oluruq (VİDEO)
Astara sakinindən narkotik vasitələr götürülüb
Pərvin Kərimzadə: Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımız var
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
Vüqar Səfərli vəzifəsindən azad edildi - SƏRƏNCAM
Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
Beynəlxalq Muğam Mərkəzi muğam korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr təqdim edir
Bəxtiyar Əliyev: Hökumətin gördüyü tədbirlər koronavirusla bağlı çətin vəziyyətdən az itkilərlə çıxmağa şərait yaradır
Hərbi qulluqçular yeni mənzillərlə təmin olunublar (FOTO/VİDEO)
“Biz birlikdə güclüyük” mövzusunda onlayn respublika rəsm müsabiqəsinə start veriləcək
Xarici İşlər Nazirliyi Diplomatiya Könüllüləri üçün onlayn mühazirə və görüşlərin təşkilinə başlayıb
Goranboyda silah-sursat tapılıb (FOTO/VİDEO)
Azərbaycan neftçiləri koronavirusla bağlı həmrəylik çağırışı ediblər (VİDEO)
UNEC evlərdən distant təhsilə başlayır (FOTO)
Qubada “Moskviç”in vurduğu piyada hadisə yerində öldü
Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə növbəti VİDEOÇARX hazırlayıb
Bakıda daha bir Qran-pri təxirə salındı
Bakıda cibgirlik edən şəxs saxlanılıb (FOTO)
Fransada bıçaqlı hücum - Ölən və yaralananlar var
Bakıda "Rais" ləqəbli narkotacir saxlanıldı: Onlayn yolla narkotik satırmış (FOTO)
Təhsil Nazirliyi yeni "Qaynar xətt"i istifadəyə verir
Sumqayıt sakini qaçırdığı avtomobillə saxlanıldı
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
Azərbaycanda 78 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb
Gülnarə Xəlilova unikal maskalar hazırlayıb (FOTO)
DSX Rusiyadan gələn azərbaycanlıların ölkəyə keçidini təmin edib (FOTO)
Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib
Ramil Həsən: Hər evdən çıxma, kənar şəxslə təmas virusa yoluxma və ölüm deməkdir
Tofiq Yaqublunu zorla "qurban" və "siyasətçi" etmək istəyən kimlərdir? - "Politşou" təqdim edir (Videolayihə)
“VƏLİOĞLU-2018" MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köcürüb
Hikmət Babaoğlu: Hazırlanan proqramlar postpandemiya dövründə inkişafa hesablanıb
İranda koronavirus nəticəsində ölənlərin sayı artıb
ÜST-ün nümayəndəsi koronavirusun gənclər üçün təhlükəsindən danışdı
Xaçmazda avtomobili aşıran sürücü hadisə yerində öldü
Ötən gün yol qəzalarında 2 nəfər ölüb
Dövlət Miqrasiya Xidməti koronavirusla əlaqəli daha bir video-çarx hazırlayıb
Azərbaycanda hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Xalq artisti Murad Hüseynov bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb
Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq
Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır (FOTO)
Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib (FOTO)
Baş infeksionist: Virusun yayılmasının qarşısının alınması üçün dövlətin qoyduğu qaydalara əməl etməsək, xəstə sayı artacaq
Rusiyada koronavirusa yoluxanların sayı 4700-ü keçdi
Avtomobillə sərnişindaşıma qadağan olunacaq
Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək (FOTO/VİDEO)
Sabah Bakıda 17 dərəcə isti olacaq
Çin kosmosa "Uhan" peykini buraxacaq
Evdə qal və əməliyyatları Müştəri Bank-la et!
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
Elman Məmmədov: Hər bir vətəndaş dövlətin koronavirusa qarşı atdığı addımlara dəstək olmalı, məsuliyyətli olmalıdırlar
Ötən gün xüsusi karantin rejimini pozan 9 nəfər inzibati qaydada həbs edilib
"Türk Hava Yolları" bütün daxili reysləri dayandırır
TÜRKPA: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” şiddətlə qınayırıq
İranda 106 yaşlı kişi koronavirusdan sağalıb
Bakı-Sumqayıt yolunun genişləndirilməsində tikinti altına düşən ağaclar köçürülərək müvafiq ərazilərdə əkilib - Nazirlik
Bayılda yaşayış sahəsində dezinfeksiya işləri davam etdirilir (FOTO)
Bütün xəbərlər