...

Suriyada gedən döyüşlərdə iştirak edən bir azərbaycanlının ailəsi BQXK-ya müraciət edib

Siyasət Materials 24 Yanvar 2014 12:02 (UTC +04:00)
"Biz Suriyada müxtəlif qruplarda döyüşən azərbaycanlılarla bağlı hesabatlara, KİV-də məlumatara rast gəlirik".
Suriyada gedən döyüşlərdə iştirak edən bir azərbaycanlının ailəsi BQXK-ya müraciət edib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/

"Biz Suriyada müxtəlif qruplarda döyüşən azərbaycanlılarla bağlı hesabatlara, KİV-də məlumatara rast gəlirik". Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran deyib.

Onun sözlərinə görə, Suriyada gedən döyüşlərdə iştirak edən azərbaycanlıların yaxınları tərəfindən BQXK-ya 1 ailə müraciət edib: "Ailəsi həmin şəxsin oradakı taleyi barədə məlumat almaq istədiyini deyib. Biz də bu istiqamətdə yardım etməyə çalışırıq. Təəssüf ki, Suriyada mövcud vəziyyəti nəzərə alsaq, bu əlaqəni yaratmaq çox çətindir. Hazırda BQXK-nın Suriyadakı nümayəndəliyi Suriya hakimiyyət orqanları tərəfindən saxlanıldığı iddia edilən ümumən 355 nəfər barədə siyahını rəsmi Dəməşqə təqdim edib".

D.Duran bildirib ki, Suriya hökumətinə təqdim edilən 355 nəfərlik siyahıda azərbaycanlıların olması, ümumiyyətlə, onların vətəndaşlığı haqqında dəqiq məlumat yoxdur.

D.Duran Suriyadakı xarici vətəndaşlarla əlaqə qurulmasında, onların taleyinə aydınlıq gətirilməsində çox böyük çətinlik çəkdiklərini deyib: "Biz münaqişənin bütün tərəfləri ilə dialoq apararaq həmin ərazilərə daxil olmağa çalışırıq. Bu dialoqun bir hissəsi olaraq saxlanılan şəxslərə başçəkmələrin mümkünlüyü diqqət mərkəzindədir.
Bizim məqsədimiz münaqişədən zərər çəkən insanlara humanitar yardımı çatdırmaq və oradakı insanların ailələri ilə əlaqəsini təmin etməkdir. Təəssüf ki, bizim Suriyadakı nümayəndəliyimiz ölkədən kənarda yaşayanlar üçün bu xidməti hələlik təklif edə bilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti