...

Araz Əlizadədən həmkarlarına tənqid: Siyasi mədəniyyətləri olsaydı, çoxdan siyasətdən gedərdilər

Siyasət Materials 29 Yanvar 2014 14:09 (UTC +04:00)
Müsavat Partiyası və AXCP rəhbərlərinin siyasi mədəniyyətləri olsaydı, çoxdan siyasətdən gedərdilər. Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.
Araz Əlizadədən həmkarlarına tənqid: Siyasi mədəniyyətləri olsaydı, çoxdan siyasətdən gedərdilər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası və AXCP rəhbərlərinin siyasi mədəniyyətləri olsaydı, çoxdan siyasətdən gedərdilər. Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Müsavat Partiyasının Milli Şurdan çıxmasından sonra AXCP ilə münasibətlərinin kəskinləşməsinə münasibət bildirən A.Əlizadə qeyd edib ki, onlar bununla gündəmdə qalmağa çalışırlar: "Belə bir atalar misalı var: "oğru elə qışqırdı ki, doğrunun bağrı çatladı". Amma Müsavat ilə AXCP-yə gəldikdə, burada "oğru elə qışqırır ki, oğrunun bağrı çatlayır". Yəni, burada doğru yoxdur, ikisi də oğrudur".

ASDP sədri deyib ki, bu iki partiya arasında münasibətlərin bu cür olmasının çox sadə izahı var: "Bu insanların savadı, dünya görüşü ambisiyalarından qat-qat aşağıdır. İndiki halda anlayırlar ki, heç bir ictimai dəstəkləri yoxdur. Bu səbəbdən gündəmdə qalmaq üçün min cür hoqqadan çıxırlar".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuranı tərk etdikdən sonra iki partiya arasında münasibətlər qarşıdurma müstəvisində cərəyan etməyə başladı, hətta AXCP Müsavat Partiyasının təklif etdiyi əməkdaşlıq sazişindən imtina etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti