...

ABŞ dövlət katibinin müavini Türkiyədə Suriya böhranını müzakirə edəcək

Siyasət Materials 24 Fevral 2014 14:11 (UTC +04:00)
ABŞ dövlət katibinin müavini Uilyam Berns Türkiyəyə səfərə gəlir. Bu barədə Trend bazar ertəsi "Anadolu" agentliyinə istinadən məlumat verir.
ABŞ dövlət katibinin müavini Türkiyədə Suriya böhranını müzakirə edəcək

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir R.Hafizoğlu/

ABŞ dövlət katibinin müavini Uilyam Berns Türkiyəyə səfərə gəlir. Bu barədə Trend bazar ertəsi "Anadolu" agentliyinə istinadən məlumat verir.

Səfər çərçivəsində Suriya böhranı, eləcə də regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından başlayan münaqişə ərzində 140 mindən artıq insan ölüb, 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır. Bundan başqa, 2,3 milyon insan qonşu ölkələrə qaçıb. Qaçqınların qəbulu üzrə əsas yük İordaniya, İraq, Livan və Türkiyənin üzərinə düşüb. Münaqişə başlamazdan əvvəl Suriya əhalisinin ümumi sayı 20 milyon nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti