...

Krıma uçan Türkiyə təyyarəsi Simferopol aeroportu ələ keçirildiyi üçün geri qayıdır

Siyasət Materials 28 Fevral 2014 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir R.Hafizoğlu/

Krım Muxtar Respublikasının Simferopol şəhərində aeroportun ələ keçirilməsi səbəbindən İstanbul-Simferopol marşrutu ilə uçan Türkiyənin "AtlasJET" aviaşirkətinin təyyarəsi yarımadaya eniş edə bilməyərək geri qayıdır.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, təyyarənin pilotlarına aeroportun ələ keçirilməsi barədə məlumat Ukraynanın hava məkanından verilib.

Xatırladaq ki, fevralın 26-da Krım Ali Radasının binası yanında keçirilən mitinq zamanı 30 nəfər xəsarət alıb, onlardan altısı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti