...

Federasiya Şurası Putinə Vaşinqtondakı səfiri geri çağırmağı təklif edir

Siyasət Materials 3 Mart 2014 15:41 (UTC +04:00)
Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsi Prezident Vladimir Putinə RF-nin Vaşinqtondakı səfirinin geri çağırılması təklifi ilə müraciət edib.
Federasiya Şurası Putinə Vaşinqtondakı səfiri geri çağırmağı təklif edir

Azərbaycan, Bakı, 3 mart /Trend/

Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsi Prezident Vladimir Putinə RF-nin Vaşinqtondakı səfirinin geri çağırılması təklifi ilə müraciət edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti komitə sədrinin müavini Vladimir Cabarova istinadən yazır.

Şənbə günü ABŞ Prezidenti Barak Obamanın sərt bəyanatı ilə əlaqədar səfirin Vaşinqtondan geri çağırılması təklifi ilə palatanın vitse-spikeri Yuri Vorobyov çıxış edib. Senatorun sözlərinə görə, B.Obamanın "Rusiyaya yürütdüyü siyasət baha başa gələcək" sözləri Rusiya xalqına qarşı birbaşa təhdid və onun təhqir olunması deməkdir.

V.Cabarov qeyd edib ki, sənəd Beynəlxalq komitə tərəfindən yaradılıb və daha sonra Şuranın rəhbəri Valentina Matviyenko tərəfindən imzalanıb.

O, izah edib ki, Prezidentə müraciətin göndərilməsi "səfirin avtomatik olaraq geri çağırılması demək deyil", çünki səfirin təyin olunması və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti