Azərbaycan, Bakı, 5 mart /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingeri qəbul etmişdir.
Görüşdə Münhen Təhlükəsizlik Konfransının beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmi vurğulandı, ölkəmizin bu təşkilat ilə uğurla əməkdaşlıq etdiyi bildirildi, beynəlxalq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı.