Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir S.Əhmədova/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə martın 14-də Türkiyənin Van şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli toplantısında iştirak edəcək.
Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.