...

Baş katib: KTMT Ukraynakı hadisələrə kollektiv cavab tədbirləri hazırlamır

Siyasət Materials 13 Mart 2014 16:59 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ukraynada baş verən hadisələrə münasibət göstərmək üçün hər hansı kollektiv tədbirlər hazırlamır.
Baş katib: KTMT Ukraynakı hadisələrə kollektiv cavab tədbirləri hazırlamır

Azərbaycan, Bakı, 13 mart /Trend/

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ukraynada baş verən hadisələrə münasibət göstərmək üçün hər hansı kollektiv tədbirlər hazırlamır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə KTMT-nin baş katibi Nikolay Bordyuja bildirib.

O, qeyd edib: "Biz Rusiyaya münaqişə iştirakçısı kimi baxmırıq və Ukraynada baş verənlərə hər hansı kollektiv cavab tədbirləri hazırlamırıq".

Onun sözlərinə görə, KTMT Ukraynada baş verən bütün hadisələri izləyir, lakin təşkilat formatında hansısa tədbirlər hazırlamağın hələ tez olduğunu hesab edir.

N.Bordyuja onu da əlavə edib ki, KTMT Belarus sərhədləri yaxınlığında NATO ölkələrinin kəşfiyyat aktivliyini qeydə alır: "Biz Belarus sərhədləri yaxınlığında NATO-nun aviasiya qruplaşmasının güclənməsinə biganə deyilik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti