Azərbaycan, Bakı, 13 mart /Trend/
Martın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Sverdlovsk vilayəti ilə ölkəmiz arasında mövcud olan uzunmüddətli dostluq əlaqələri müzakirə edilib, regiondakı hərbi-siyasi vəziyyət və Rusiya-Azərbaycan ikitərərfli əməkdaşlığı məsələləri barədə fikir mübadiləsi aparılıb.