...

Rəcəb Tayyib Ərdoğan: Beynəlxalq Türk Dili Olimpiadası ləğv ediləcək

Siyasət Materials 22 Mart 2014 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir R.Hafizoğlu/

Beynəlxalq Türk Dili Olimpiadası ləğv ediləcək, artıq bundan sonra Türkiyədə bu olimpiadalar keçirilməyəcək. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ərzurumda hakim partiyanın tərəfdarları ilə keçirdiyi görüşdə bildirib.

Baş nazir bunun Fətullah Gülən (hazırda ABŞ-da yaşayan din xadimi) hərəkatının fəaliyyətinin məhdudlaşdırılması üçün edildiyini bildirib.

Beynəlxalq Türk Dili Olimpiadası hər il dünyanın müxtəlif ölkələrində qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti