...

Prezident İlham Əliyev Niderland Krallığı Senatının üzvü ilə görüşüb

Siyasət Materials 24 Mart 2014 15:49 (UTC +04:00)
Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşmüşdür.
Prezident İlham Əliyev Niderland Krallığı Senatının üzvü ilə görüşüb

Azərbaycan, Bakı, 24 mart /Trend/

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurlu əməkdaşlıq qurduqları vurğulandı. Azərbaycan ilə Niderlandın təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq etdikləri bildirildi.

Söhbət zamanı Azərbaycanın "ADA" Universiteti ilə Niderlandın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti