...

Azərbaycanla İran arasında dörd sənəd imzalanıb (FOTO)

Siyasət Materials 9 Aprel 2014 12:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb.
Azərbaycanla İran arasında dörd sənəd imzalanıb  (FOTO)

İran, Tehran, 9 aprel /Trend, müxbir S.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb.

Trend-in xüsusi müxbirinin məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın idman və gənclər naziri Mahmud Qudərzi "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu"nu imzaladılar.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçian "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında "Ordubad" və "Marazad" Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş"i imzaladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti