...

Sorin Dukaru: NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir

Siyasət Materials 11 Aprel 2014 10:16 (UTC +04:00)
Azərbaycan NATO-nun yalnız çoxillik deyil, eyni zamanda fəal və mühüm tərəfdaşlarından biridir.
Sorin Dukaru: NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycan NATO-nun yalnız çoxillik deyil, eyni zamanda fəal və mühüm tərəfdaşlarından biridir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə NATO baş katibinin müavini Sorin Dukaru bildirib.

O qeyd edib ki, bu əlaqələr siyasi dialoqun nəticəsidir.

S.Dukaru deyib ki, Azərbaycan NATO üçün Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasına önəmli töhfə verən mühüm ölkələrdən biridir.

Alyans rəsmisi NATO-nun müxtəlif proqramlarının həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib: "Enerji təhlükəsizliyi, terrorizmlə mübarizə əməkdaşlığımızın daha bir istiqamətidir və biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik".

Onun sözlərinə görə, bu proqramlar Azərbaycan-NATO əlaqələrinin inkişafında mühüm rol oynayır.

Qeyd edək ki, bu gün Bakıda "Sülh Naminə Tərəfdaşlıq proqramının 20 illiyi və NATO tərəfdaşlıqlarının gələcəyi" adlı konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti