...

Elmar Məmmədyarov Vişeqrad qrupu və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Siyasət Materials 28 Aprel 2014 12:59 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
Elmar Məmmədyarov Vişeqrad qrupu və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Görüş aprelin 29-da baş tutacaq.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Vişeqrad qrupu və Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlər, Aİ ilə assosiasiya sazişi çərçivəsində aparılan müzakirələr və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin tədbir çərçivəsində təşkil ediləcək GUAM ölkələri xarici işlər nazirlərinin görüşündə iştirak edəcək E.Məmmədyarov Macarıstan xarici işlər naziri Yanoş Martonyi və Aİ-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti