...

Ukrayna Təhlükəsizlik Xidməti: Slavyanskda etirazçılar təxminən 40 nəfəri əsir götürüblər

Siyasət Materials 28 Aprel 2014 16:35 (UTC +04:00)
40-a yaxın adam Slavyanskda etirazçıların əsirliyindədir. Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat katibi Marina Ostapenko bildirib.
Ukrayna Təhlükəsizlik Xidməti: Slavyanskda etirazçılar təxminən 40 nəfəri əsir götürüblər

Azərbaycan, Bakı, 28 aprel /Trend/

40-a yaxın adam Slavyanskda etirazçıların əsirliyindədir. Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat katibi Marina Ostapenko bildirib.

O, qeyd edib ki, bu günədək təkcə Slavyanskda 40-a yaxın adam əsirlikdədir" Biz təkcə öz əməkdaşlarımızın deyil, bütün əsirlərin azad olunması üçün bütün tədbirləri görürük".

Qeyd edək ki, martın əvvəlindən Ukraynanın şərqində federallaşma tərəfdarlarının mitinqləri keçirilir, onlar öz regionlarının statusu haqqında referendum keçirilməsini tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti