...

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri təlim-məşq uçuşları keçirib

Siyasət Materials 2 May 2014 15:54 (UTC +04:00)
Azərbaycan Hərbi Hava Qüvvələrinə döyüş təyyarələri təlim-məşq uçuşları keçirib.
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri təlim-məşq uçuşları keçirib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri təlim-məşq uçuşları keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən mayın 1-də Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb.

Döyüş hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə aviasiya poliqonunda SU-25 tipli döyüş təyyarələrinin tətbiqi üzrə çalışmalar yerinə yetirilib. Təlim-məşq uçuşlarında müxtəlif aviasiya silahlarından yerüstü hədəflərə atəş açılıb.

Döyüş tətbiqi üzrə qiymətləndirmə metodikasına uyğun olaraq, təlimlərdə iştirak edən uçuş heyətinin hazırlığı, praktiki fəaliyyəti və peşəkarlıq səviyyəsi yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti