...

Araz Əlizadə: Milli Şurada xərçəngi, durnanı və balığı pul naminə bir yerə bağlamışdılar

Siyasət Materials 5 May 2014 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Mehdiyev/

"Milli Şurada xərçəngi, durnanı və balığı pul naminə bir yerə bağlamışdılar və ona görə də Şura heç yerindən tərpənə bilmədi". Bunu Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Milli Şuradan istefa haqqında bəyanatına münasibət bildirərkən deyib.

A.Əlizadə bildirib ki, Milli Şura qondarma bir şeydir: "Mirmahmud Mirəlioğlu əqidəcə mənimlə eyni olmasa da, sözü bütöv adamdır. O, çirkabın içinə niyə girdiyini bilmirəm. Amma zərərin yarısından qayıtmaq da xeyirdir".

ASDP sədri əlavə edib ki, Milli Şura dağıla-dağıla gedəcək: "Milli Şura yarananda demişdim ki, o, ölü doğulmuş uşaqdır, ayaq tutub yeriyə bilməyəcək".

Qeyd edək ki, Milli Şuranın mayın 3-də keçirilən sessiyasında KXCP sədri M.Mirəlioğlu başda olmaqla Milli Şuradakı bütün KXCP üzvləri toplantını tərk ediblər. M.Mirəlioğlu, Akif Hüseynov və daha bir neçə nəfər Milli Şuradan istefa verdiklərini də bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti