Azərbaycan, Bakı, 20 may /Trend, müxbirlər E.Əliyev, G.Dadaşova/
Gürcüstan Rusiya bazarını digərlərinə, xüsusilə də Azərbaycan bazarına alternativ qismində heç vaxt nəzərdən keçirməyib. Bunu bazar ertəsi Trend-ə Gürcüstanın maliyyə naziri Nodar Xaduri deyib.
O, Gürcüstana ixrac strukturunda Rusiyanın payının artması fonunda Azərbaycanın bu ölkəyə ixracda xüsusi çəkisinin azalmasını şərh edərkən deyib ki, Gürcüstan Azərbaycana marağını heç vaxt itirməyəcək: "İdxal-ixrac baxımından ölkəniz Gürcüstanın ən vacib ticarət tərəfdaşlarından biridir və biz Azərbaycan bazarında öz payımızı bərpa etmək istəyirik".
Gürcüstana ixrac strukturunda Azərbaycanın xüsusu çəkisi I rübün nəticələrinə əsasən il ərzində 25,4-dən 20,9 faizədək azalıb. Rusiyanın isə Gürcüstana ixracda payı müvafiq olaraq 2,5-dən 9,7 faizədək artıb.
Nazir vurğulayıb ki, Gürcüstan inkişaf etməkdə olan bazarlarda iştirak etməkdə maraqlıdır: "Xüsusilə, bu, qonşu bazarlara və Mərkəzi Asiya regionuna aiddir".