Azərbaycan, Bakı, 21 may /Trend/
Prezident İlham Əliyev Yəmən Respublikasının Prezidenti Abdurabbih Mənsur Hadiyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Yəmən Respublikasının milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və firavanlıq arzulayıram".