...

Brüsseldə 28 May – Respublika Günü qeyd olunub

Siyasət Materials 27 May 2014 13:01 (UTC +04:00)
Azərbaycanın Belçika Krallığındakı səfirliyi və NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
Brüsseldə 28 May – Respublika Günü qeyd olunub

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Belçika Krallığındakı səfirliyi və NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən Trend-ə verilən məlumata görə, Respublika Gününə həsr olunmuş rəsmi ziyafətdə Belçikanın rəsmi qurumlarının nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspora qurumlarının nümayəndələri, Avropa İttifaqı və NATO yanında akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin üzvləri, Aİ və NATO-nun yüksək səviyyəli məmurları iştirak ediblər.

Qəbulda Azərbaycanın klassik musiqi inciləri səsləndirilib, ölkəmizin müxtəlif guşələrinə səyahətə aparan sənədli film nümayiş olunub və Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti