...

Həsən Ruhani: İran İraq hökumətinə terrorçularla mübarizədə beynəlxalq qanunlar çərçivəsində yardım etməyə hazırdır

Siyasət Materials 14 İyun 2014 11:50 (UTC +04:00)
Iran İraq hökumətinə terrorçularla mübarizədə beynəlxalq qanunlar çərçivəsində və İraq hökuməti istəyərsə, yardım etməyə hazırdır.
Həsən Ruhani: İran İraq hökumətinə terrorçularla mübarizədə beynəlxalq qanunlar çərçivəsində yardım etməyə hazırdır

Azərbaycan, Bakı, 14 iyun /Trend müxbir T.Cəfərov/

İran İraq hökumətinə terrorçularla mübarizədə beynəlxalq qanunlar çərçivəsində və İraq hökuməti istəyərsə, yardım etməyə hazırdır. Trend-in İRİNN kanalına istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Həsən Ruhani bu gün keçirdiyi mətbuat konransında jurnalistlərə deyib.

H.Ruhani deyib ki, İran İraqla həm dost və həm də qonşu ölkədir: "İki ölkə arasında çox səmimi və yaxın münasibətlər var. Əgər İraq hökuməti terrorçularla mübarizədə bizdən yardım istəyərsə, biz bu məsələyə baxacayıq. Beynəlxalq qanunlar çərçivəsində və İraq xalqı və dövləti isətyərsə, yardım etməyə hazırıq".

H.Ruhani əlavə edib ki, İraqda terrorçu qruplaşmalar öncədən də fəaliyyət göstərirdi, lakin onların indiki hərəkətləri onu göstərir ki, onlar seçkilərin nəticələrindən narazıdırlar.

Ruhani əlavə edib ki, əgər İraqda Mosul kimi bir şəhər işğal olunursa, bu onu göstərir ki, bu işin arxasında təkcə terrorçu qruplaşmalar deyil, başqa qüvvələr də var.

H.Ruhani İraqdakı seçkilərdəki məğlubiyyətlərinin terror və intiqamla kompensasiya edilməsini böyük səhv adlandırıb və bölgədəki terrorizm hərəkətlərindən nigaran olduğunu bildirib: "Bizim terrorizmlə mübarizədən başqa yolumuz yoxdur".

Ruhani İranın ABŞ ilə birgə İraqdakı terrorçu qruplaşmalara qarşı mübarizəsi ilə bağlı yayımlanan məlumatları təkzib edib və belə bir halın olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti