...

Karolos Papulyas: Yunanıstan ilə Azərbaycan arasında gözəl əməkdaşlıq yeni üfüqlər açır

Siyasət Materials 16 İyun 2014 22:56 (UTC +04:00)
“Bugünkü səfər Yunanıstan ilə Azərbaycan arasında gözəl münasibətlərin yeni bir işarəsidir, əməkdaşlığımız üçün yeni yollar, yeni üfüqlər açır. Prezident Əliyevin və mənim ikitərəfli münasibətlərimizin hər bir aspektini nəzərdən keçirmək imkanımız oldu. Burada həm siyasi, həm enerji, həm iqtisadi, həm ticari, həm də mədəni sahələrdə əlaqələr nəzərdə tutulur. Bizim, həmçinin mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu”.
Karolos Papulyas: Yunanıstan ilə Azərbaycan arasında gözəl əməkdaşlıq yeni üfüqlər açır

Azərbaycan, Bakı, 16 iyun /Trend/

"Bugünkü səfər Yunanıstan ilə Azərbaycan arasında gözəl münasibətlərin yeni bir işarəsidir, əməkdaşlığımız üçün yeni yollar, yeni üfüqlər açır. Prezident Əliyevin və mənim ikitərəfli münasibətlərimizin hər bir aspektini nəzərdən keçirmək imkanımız oldu. Burada həm siyasi, həm enerji, həm iqtisadi, həm ticari, həm də mədəni sahələrdə əlaqələr nəzərdə tutulur. Bizim, həmçinin mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu". Trend-in məlumatına görə, bunu Afinada Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuata bəyanatla çıxışında deyib.

Yunanıstan Prezidenti qeyd edib ki, ölkələrimiz arasında siyasi münasibətlər inkişaf edir: "Bu, ölkələr arasında həm dövlət səviyyəsində, həm də siyasi səviyyədə çox mühüm səfərlərin həyata keçirilməsindən görünür. Mədəni münasibətlərimiz sahəsində də gözəçarpan artım mövcuddur. Mən burada xüsusən də universitetdə müasir yunan dili və sivilizasiyası mərkəzinin açılmasını nəzərdə tuturam. Həmçinin Bakı Slavyan Universitetində yunan dili tədris olunur".

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini bildirən Prezident Karolos Papulyas Azərbaycanın təbii qazının Yunanıstan vasitəsilə Avropaya çatdırılmasını mümkün edəcək TAP təbii qaz boru kəmərinin əhəmiyyətindən danışdı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA şirkətinin səhmlərinin əsas hissəsini almasını müsbət hal kimi dəyərləndirən Yunanıstan dövlətinin başçısı dedi: "Bu gün biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə yeni imkanlar açan üç sənədi imzaladıq: Yunanıstan ilə Azərbaycan arasında Avropa İttifaqı məsələləri haqqında memorandum, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş və gənclər sahəsində əməkdaşlıq memorandumu.

Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri nəzərdən keçirdik. Bu münasibətlər Avropa İttifaqının qonşuluq siyasətinin hissəsidir. Biz bu kimi məsələlərə Avropa İttifaqının Şurasında sədrliyimiz zamanı xüsusi diqqət yetirdik. Son altı ay ərzində bu qəbildən məsələləri fəal şəkildə təşviq etdik".

Prezident Karolos Papulyas Kipr məsələsi ilə bağlı aparılan danışıqların mühüm mərhələyə daxil olduğunu vurğuladı. Yunanıstan dövlətinin başçısı bəyanatını bu sözlərlə bitirdi: "Yekun olaraq Azərbaycan Prezidentinə olduqca məhsuldar və əhatəli danışıqların aparıldığına görə təşəkkürümü bildirirəm və Sizə Yunanıstanda xoş səfər arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti