...

Qəzet: Türkiyə müxalifətində prezident seçkilərində vahid namizəd məsələsi ilə bağlı fikir ayrılığı yaranıb

Siyasət Materials 18 İyul 2014 10:32 (UTC +04:00)
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) bəzi üzvləri prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğana səs verəcəklər.
Qəzet: Türkiyə müxalifətində prezident seçkilərində vahid namizəd məsələsi ilə bağlı fikir ayrılığı yaranıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) bəzi üzvləri prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğana səs verəcəklər. Trend-in məlumatına görə, bu barədə cümə günü "Sabah" qəzeti xəbər yayıb.

Bununla yanaşı, onlar partiyanın digər üzvlərini də seçkilər zamanı Baş nazirin namizədliyinə səs verməyə çağırıblar.

Bir müddət əvvəl Cümhuriyyət Xalq Partiyasının bəzi üzvlərinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq rəhbəri Ekmeleddin İhsanoğlunun prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürməsi ilə bağlı narazılıqlarını bildirmişdilər.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd səslərin 51 faizini toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.

2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti 7 deyil, 5 illiyinə parlament yox, xalq seçəcək.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb. İyunun 16-da isə Cümhuriyyət Xalq Partiyası (CHP) İƏT-in sabiq rəhbəri E.İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürmüşdü. Partiyanın lideri Kamal Kılıçdaroğlu E.İhsanoğlunun namizədliyinin cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənəcəyinə əmin olduğunu demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti