...

Benilüks Azərbaycanlıları Konqresi Niderland Krallığının Baş nazirinə başsağlığı verib

Siyasət Materials 19 İyul 2014 12:36 (UTC +04:00)
Benilüks Azərbaycanlıları Konqresinin Prezidenti Sahil Qasımov Niderland Krallığının Baş naziri Mark Rütteyə "Malaysia Airlines" şirkətinə məxsus "Boeing-777" təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninin həlak olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Benilüks Azərbaycanlıları Konqresi Niderland Krallığının Baş nazirinə başsağlığı verib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Benilüks Azərbaycanlıları Konqresinin Prezidenti Sahil Qasımov Niderland Krallığının Baş naziri Mark Rütteyə "Malaysia Airlines" şirkətinə məxsus "Boeing-777" təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninin həlak olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Konqresdən Trend-ə verilən məlumata görə, başsağlığında konqresin bu qəza nəticəsində baş verən insan tələfatından təəssüfləndiyi bildirilib: "Malaysia Airlines" şirkətinə məxsus "Boeing-777" təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir. Benilüks Azərbaycanlıları Konqresi IH adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Hollandiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti