...

Azərbaycan və CAR vertolyotların modernləşdirilməsi üzrə birgə müəssisə yaradacaqlar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Sentyabr 2014 17:53 (UTC +04:00)
Azərbaycan və Cənubi Afrika Respublikası (CAR) vertolyotların modernləşdirilməsi üzrə birgə müəssisə yaradacaqlar.
Azərbaycan və CAR vertolyotların modernləşdirilməsi üzrə birgə müəssisə yaradacaqlar (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:04-də yayılıb)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Cənubi Afrika Respublikasının (CAR) "Paramount Group" şirkəti Azərbaycanın "AirTechServices Corporation" şirkəti ilə "Paramount Aerospace Azerbaijan" şirkətinin yaradılması haqqında saziş imzalayıb. Birgə müəssisə vertolyotların və bəzi təyyarə modellərinin modernləşdirilməsi ilə məşğul olacaq. Bu barədə Trend "Defenceweb.co.za" saytına istinadən xəbər verir.

Bununla bağlı saziş sentyabrın 11-də Bakıda "ADEX-2014" Beynəlxalq müdafiə sənayesi sərgisinin gedişində imzalanıb.

"Paramount" şirkəti bir sıra qabaqcıl aerokosmik texnologiyaların və hərəkətsiz qanadlı vertolyot və təyyarələrin, eləcə də Mi-17 və Mi-24 təyyarələrinin və Su-25 və MiQ-29 vertolyotlarının istehsalı, təkmilləşdirilməsi və modernləşdirilməsi üçün müxtəlif imkanların tətbiqi sahəsində liderdir.

Birgə müəssisənin yaradılması haqqında saziş "AirTechServices" Şurasının sədri Fuad Seyidəliyev və "Paramount Group" şirkətinin icraçı direktoru Ayvor İçikoviç tərəfindən imzalanıb.

A.İçikoviç deyib ki, "Paramount Group" xeyli vaxtdır Azərbaycanla əlaqələrə malikdir və bu əlaqə ölkənin sürətlə inkişaf edən iqtisadi mərkəzə çevrilməsindən sonra daha da möhkəmlənib: "Bu çox maraqlıdır ki, biz bu təməl üzərində Azərbaycanda qabaqcıl aerokosmik imkanları tətbiq edə bilərik".

F.Seyidəliyevin sözlərinə görə, birgə müəssisə iki ölkəyə aerokosmik innovasiyalar və unikal tərəfdaşlıq səviyyəsində liderliyə nail olmağa imkan verəcək.

Məqalədə deyilir ki, "Paramount Aerospace Azerbaijan"MDB bazarında aerokosmik imkanlar və texnologiyalar geniş çeşidlərini təqdim edəcək.

"Paramount" şirkəti "ADEX-2014 sərgisindəAzərbaycan Müdafiə Sənayesi Nazirliyinə altı zirehli texnika nümunəsi verdiyini elan edib.

Bu, Azərbaycan üçün 60 zirehli nəqliyyat vasitəsindən ibarət ikinci tranşın bir hissəsidir. Bundan əvvəl "Paramount" Azərbaycan Silahlı Qüvvələrinə 30 nəqliyyat vasitəsindən ibarət ilk hissəni təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti