Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras sentyabrın 19-da Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Yunanıstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Antonis Samarası hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.