Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Rusiyanın Baş naziri Dmitri Medvedev Xəzər dənizinin bioloji su resurslarının saxlanma və rasional istifadəsi haqqında beynəlxalq sazişin imzalanmasını bəyənib. Trend xəbər verir ki, bu barədə "İnterfaks" RF hökumətinin saytına istinadən xəbər yayıb.
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinə bu sazişi imzalamaq tapşırılıb və onun layihəsinə prinsipial xarakterə malik olmayan dəyişiklik edilməsinə icazə verilib.
Xəzər dənizinin su bioloji resurslarının saxlanılması və rasional istifadəsi haqqında saziş 18 noyabr 2010-cu il Bakıda keçirilmiş III Xəzər sammitinin nəticəsinə görə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin Protokol qərarında qeyd edilmiş razılıqlara uyğun olaraq hazırlanıb.