Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Türkiyə Suriyada yerləşən ərazisini qorumaqda bir dəqiqə belə tərəddüd etməyəcək. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Şah Süleyman məqbərəsi xaricdəki yeganə Türkiyə ərazisidir.
R.T.Ərdoğan qeyd edib ki, dünyanın ən güclü ordularından biri bu ərazinin müdafəsində dayanıb və zərurət yaranarsa, tez bir zamanda bu məqbərəni qoruyan hərbçilərin yanında olacaq.