...

Amerikalı konqresmen: Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir

Siyasət Materials 13 Oktyabr 2014 10:36 (UTC +04:00)
"Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir". Bunu ABŞ-ın Texas ştatından olan konqresmen Henri Kuelar (Henry Cuellar) Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanola birgə "Incarnate Word" Universitetində keçirilən "dəyirmi masa"da bildirib.
Amerikalı konqresmen: Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

"Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir". Bunu ABŞ-ın Texas ştatından olan konqresmen Henri Kuelar (Henry Cuellar) Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanola birgə "Incarnate Word" Universitetində keçirilən "dəyirmi masa"da bildirib.

Trend-in H.Kueların rəsmi saytına istinadən verdiyi məlumata görə, amerikalı konqresmen deyib: "Azərbaycan Amerika Birləşmiş Ştatlarının müttəfiqi və strateji tərəfdaşıdır. Azərbaycan regionda ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir. San Antonionun limitsiz ixrac potensialına sahib sürətlə inkişaf edən şəhər kimi oynadığı rolu nəzərə alaraq, Cənubi Texasın Azərbaycan ilə əlaqələrini gücləndirmək üçün böyük imkan var".

O, qeyd edib ki, bundan sonra da Azərbaycanın davamlı inkişafını və ikitərəfli əlaqələrin möhkəmləndirilməsini görmək arzusundadır.

Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov H.Kuelar ilə birgə "Incarnate Word" Universitetinin tələbə və müəllim heyəti ilə görüşərək Azərbaycanın qlobal siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, həmçinin ABŞ və Azərbaycan arasında əməkdaşlığı müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti