...

Fransua Olland qondarma "erməni soyqırımı" ilə bağlı gələn il Ermənistana səfər edəcək

Siyasət Materials 22 Oktyabr 2014 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Fransa Prezidenti Fransua Olland gələn ilin aprelində qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Ermənistana səfər edəcək. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransanın Ermənistandakı səfiri Anri Reno deyib.

Diplomatın sözlərinə görə, bu il aprelin 24-də Fransa Prezidenti Parisdə bəyan edib ki, gələn ilin bu günü o, Ermənistanda olacaq.

Səfir qeyd edib ki, may ayında Fransanın dövlət başçısı bu bəyanatı Ermənistanda təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti