...

Avropa Komissiyasının yeni kollegiyası seçilib

Siyasət Materials 23 Oktyabr 2014 11:06 (UTC +04:00)
Yeni kollegiya 423 lehinə, 209 əleyhinə və 67 bitərəf səs olmaqla təsdiq olunub.
Avropa Komissiyasının yeni kollegiyası seçilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Avropa Komissiyasının yeni kollegiyası seçilib.

Trend-in Avropa Parlamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, parlamentin üzvləri Avropa Komissiyasının yeni seçilmiş sədri Jan-Klod Yunker tərəfindən təqdim olunan 27 komissardan ibarət Kommisiyanın yeni kollegiyasını təsdiq edib.

Yeni kollegiya 423 lehinə, 209 əleyhinə və 67 bitərəf səs olmaqla təsdiq olunub.

Komissiyanın yeni kollegiyası Avropa İttifaqının üzv ölkələrinin dövlət başçıları və hökumətləri tərəfindən rəsmi olaraq təyin olunduqdan sonra noyabrın 1-dən etibarən fəaliyyətinə başlayacaq.

Qeyd edək ki, yeni kollegiya 5 il müddətinə fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti