...

Trend-də postsovet məkanındakı münaqişələrə həsr olunmuş "dəyirmi masa" keçiriləcək

Siyasət Materials 18 Noyabr 2014 18:35
Noyabrın 24-də Trend İnformasiya Agentliyinin konfrans zalında "Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" mövzusunda "dəyirmi masa" keçiriləcək.
Trend-də postsovet məkanındakı münaqişələrə həsr olunmuş "dəyirmi masa" keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Noyabrın 24-də Trend İnformasiya Agentliyinin konfrans zalında "Postsovet məkanı: müasir böhranların və münaqişələrin mədəni aspektləri" mövzusunda "dəyirmi masa" keçiriləcək.

Görüş zamanı ekspertlər keçmiş Sovet məkanında baş verən prosesləri, Cənubi Qafqaz ölkələrinin müasir geosiyasi transformasiyalara cəlb edilməsini, keçmiş SSRİ ölkələrində müasir böhran və münaqişələrin yaranma səbəbləri, həmçinin Rusiya və Azərbaycanın bu proseslərdə rolunu müzakirə edəcəklər.

Tədbirdə Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, "Qlobal siyasətdə Rusiya" jurnalının baş redaktoru Fyodor Lukyanov, sosioloq, "Research & Branding Group" şirkətinin (Ukrayna) marketinq və sosial araşdırmalar üzrə direktoru Yevgeni Kopatko, "Vestnik Kavkaza" analitik-informasiya agentliyinin baş redaktoru Mariya Sidelnikova, həmçinin Azərbaycan ekspertləri və KİV rəhbərləri iştirak edəcəklər.

Tədbir saat 11:00-da Trend-in mətbuat mərkəzində başlayacaq. Ünvan: Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 14

Tədbirin təşkilatçıları Rusiyanın "Şimal-Cənub" Siyasi Mərkəzinin nümayəndəliyi və "Vestnik Kavkaza" analitik-informasiya agentliyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti