...

II Elizabet Azərbaycan-Britaniya tərəfdaşlığının inkişaf edəcəyinə əmindir (FOTO)

Siyasət Materials 19 Noyabr 2014 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə etimadnaməsini Kraliça II Elizabetə təqdim edib.

Azərbaycanın Britaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Bukingem sarayında keçirilmiş təqdimat mərasimində T.Tağızadə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Kraliça II Elizabetə çatdırıb və Azərbaycanın Böyük Britaniyada səfiri olmasından şərəf duyduğunu bildirib. Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan səfir yeni vəzifəsində iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinə çalışacağını bildirib.

II Elizabet, öz növbəsində, T.Tağızadəyə fəaliyyətində uğurlar arzulayıb. Kraliça Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, özünün salamlarının və xoş arzularının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edib.

Kraliça ölkələrimiz arasında sağlam təməl üzərində formalaşmış dinamik tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini qeyd edib.

Etimadnamənin təqdim olunmasından sonra bu münasibətlə səfirlikdə ziyafət verilib. Ziyafətdə bir sıra xarici ölkələrin Londondakı səfirləri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, diplomatik korpusun nümayəndələri və marşallrşalı və duayeni, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi və ictimai xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən diplomatik korpusun marşalı Alister Harrison Azərbaycanın Britaniyadakı yeni səfirinə işlərində uğurlar arzulayıb və ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vuğulayıb.

T.Tağızadə mötəbər günün əhəmiyyətindən bəhs edərək, iki ölkənin etibarlı tərəfdaş olduqlarını vurğulayıb. Azərbaycanın Britaniya ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirən səfir ikitərəfli əməkdaşlıq üçün enerji kimi ənənəvi sahələrlə yanaşı, təhsil, səhiyyə, maliyyə-bank, turizm, informasiya texnologiyaları kimi yeni sahələrdə də geniş potensialın olduğunu diqqətə çatdırıb və bu əməkdaşlığın dərinləşdirillməsi istiqamətində səy göstərəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti