...

Elman Məmmədov: "Keçmişinizə nəzər salın"

Siyasət Materials 28 Noyabr 2014 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın bugünkü xarici siyasətini bəyənməyənlər Azərbaycanın bugünkü inkişafını, uğurlu daxili və xarici siyasətini həzm edə bilməyənlərdir. Bu barədə Trend-ə millət vəkili Elman Məmmədov deyib.

E.Məmmədov bugünkü Azərbaycan müxalifətinin müstəqilliyin ilk illərində hakimiyyətdə olduğu zaman apardığı siyasəti tənqid edib: "Artıq əməkdar müxalifətə çevrilmiş müxalifət düşərgəsinə üzümü tutub deyirəm ki, ay hörmətli müxalifət düşərgəsi, bir özünüzün 88-ci ildən başlamış keçmişinizə nəzər salın, özünüzün hakimiyyətdə olduğunuz dövrə nəzər salın, apardığınız daxili və xarici siyasətə nəzər salın, o səhifələri vərəqləyin. Tarix heç nəyi unutmur. Kim nə edibsə, hamısı onun adına yazılıb. Görün, o qısa müddət ərzində Azərbaycanı nə günə saldınız, Azərbaycanı hansı fəlakətlərlə üzləşdirdiniz. Azərbaycanda insanlar küçəyə çıxmağa qorxurdu. Budur sizin apardığınız siyasət, gördüyünüz iş".

O vurğulayıb ki, bugünkü Azərbaycan hakimiyyətinin xarici siyasəti göz qabağındadır. Azərbaycan bu gün bütün dünyada nüfuz sahibidir: "Azərbaycan ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunur, Azərbaycanda ən mötəbər beynəlxalq tədbirlər keçirilir, Azərbaycanla hesablaşırlar. Aparılan xarici siyasət nəticəsində Azərbaycan bu səviyyədə inkişaf edir. Azərbaycana şər-böhtan yağdıran Avropanın ilk Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Bu gün Azərbaycan dünyada dini tolerantlığın nümunəsinə çevrilib. Budur Azərbaycanın apardığı siyasət. Kim bunu bəyənmirsə, onlar Azərbaycanın bugünkü inkişafını, bugünkü siyasətini həzm edə bilməyənlərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti