...

Elmar Məmmədyarov: GUAM-da ünsiyyəti rus dilində qurmaq daha səmərəlidir

Siyasət Materials 6 Dekabr 2014 14:31 (UTC +04:00)
GUAM çərçivəsində müxtəlif sahə nümayəndələri arasında görüş və danışıqlarda ünsiyyəti ingilis dili ilə müqayisədə rus dilində aparmaq qurmaq daha səmərəlidir.
Elmar Məmmədyarov: GUAM-da ünsiyyəti rus dilində qurmaq daha səmərəlidir

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

GUAM çərçivəsində müxtəlif sahə nümayəndələri arasında görüş və danışıqlarda ünsiyyəti ingilis dili ilə müqayisədə rus dilində aparmaq qurmaq daha səmərəlidir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Bazeldə ATƏT XİNŞ-nin iclası çərçivəsində GUAM-ın növbəti görüşündə Ukraynanın xarici işlər naziri GUAM-ın iclaslarını ingilis dilində aparmağı təklif edib. GUAM-ın nizamnaməsinə əsasən, təşkilatın rəsmi dilləri ingilis və rus dilidir.

E.Məmmədyarov qeyd edib ki, GUAM çərçivəsində bir çox sahələrdə əməkdaşlıq mövcuddur: "Fikrimcə, həmin sahə nümayəndələrinin görüşləri və müzakirələrinin rus dilində aparılması daha rahat və səmərəlidir".

Onun sözlərinə görə, siyasi emosiyaların əsiri olmaq lazım deyil: "Dili ünsiyyət rahatlığı və diplomatiyada isə ətrafdakılara fikir və mövqeni daha dəqiq çatdırmaq üçün istifadə etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti