...

Türkiyə yeni nəsil qırıcılar alır

Siyasət Materials 8 Yanvar 2015 03:48 (UTC +04:00)
Türkiyə əlavə 4 yeni nəsil F-35 qırıcıları alır
Türkiyə yeni nəsil qırıcılar alır

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Türkiyə əlavə 4 yeni nəsil F-35 qırıcıları alır. Trend-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş Naziri Əhməd Davutoğlu bildirib.

Onun sözlərinə görə, əvvəlcədən iki ədəd qırıcı sifariş olunmuşdur, sonrada hərbi-hava quvvələrin gücləndirilməsi planına əsasən, daha 4 qırıcı alınması nəzərdə tutulub.

Davutoğlu həmçinin bildirib ki, rəsmi Ankara daha 6 ədəd CH-47F - CHINOOK tipli helikopter əldə edəcək və beləliklə, onların sayını 11-ə çatdıracaq.

Xəbər lenti

Xəbər lenti