...

Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər davam edir (FOTO)

Siyasət Materials 3 Fevral 2015 23:13 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub
Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər davam edir  (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Trend nazirliyin saytına istinadan məlumat verir ki, Müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

Müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti