...

Azərbaycanlı deputat tanınmış siyasi liderlərlə müzakirələr aparacaq

Siyasət Materials 4 Fevral 2015 15:43 (UTC +04:00)
Azərbaycan Parlamentinin üzvü Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
Azərbaycanlı deputat tanınmış siyasi liderlərlə müzakirələr aparacaq

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Parlamentinin üzvü Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Trend xəbər verir ki, Milli Məclisin deputatı Fuad Muradov 5-8 fevral tarixində Almaniyanın Münhen şəhərində keçiriləcək "Münhen Gənc liderlər - 2015" layihəsində iştirak edəcək.

Tədbirə 25 ölkədən dəvət olunmuş nümayəndələr arasında Azərbaycan Milli Məclisini F.Muradov təmsil edəcək. "Münhen Gənc Liderlər - 2015" layihəsinin istirakcıları 51-ci Münhen Təhlükəsizlik Konfransının proqramının muzakirəsində də istirak edəcəklər. Tədbirə Almaniya siyasətçiləri, NATO-dan və partnyor ölkələrdən nümayəndələr qatılacaqlar.

Konfransda 25 gənc siyasi liderin Loran Fabius, Henri Kissincer, Tomas de Mazier, Radoslav Sikovski və Cavad Şərif kimi dövlət xadimləri ilə müzakirə aparmaq imkanları olacaq.

Qeyd edək ki, "Münhen Gənc Liderlər" layihəsi Münhen Təhlükəsizlik Konfransı və Körber Fondunun müştərək gənc liderlər şəbəkəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti