...

Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı (VİDEO)

Siyasət Materials 7 Fevral 2015 14:33 (UTC +04:00)
Müdafiə Nazirliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışını əks etdirən video görüntüləri yayıb.
Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı (VİDEO)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışını əks etdirən video görüntüləri yayıb.

Trend həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, yeni tikilmiş və müasir avadanlıqla tam təchiz edilmiş hərbi hissənin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissənin açılışında iştirak edərək yeni istifadəyə verilmiş qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, qazanxana kompleksi və digər obyektlər ilə tanış olublar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.

Cəbhə bölgəsində yerləşən hərbi hissənin şəxsi heyəti Müdafiə Nazirliyi rəhbərliyini əmin edib ki, onlar göstərilən diqqət və qayğıdan, xidmət üçün yaradılan ən müasir şəraitdən ruhlanaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrinə bundan sonra da hazır olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti