...

Konqresmen Maykl Törner Azərbaycanla əməkdaşlığın vacibliyini vurğulayıb

Siyasət Materials 13 Fevral 2015 12:37 (UTC +04:00)
ABŞ konqresində fevralın 12-də Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün konqresmen Maykl Törner (Michael R. Turner) bəyanatla çıxış edib.
Konqresmen Maykl Törner Azərbaycanla əməkdaşlığın vacibliyini vurğulayıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Səba Ağayeva/

ABŞ Konqresində fevralın 12-də Azərbaycanla bağlı dinləmələrin protokoluna əlavə edilməsi üçün konqresmen Maykl Törner (Michael R. Turner) bəyanatla çıxış edib.

Trend-in məlumatına görə, bəyanatda konqresmen Maykl Törner xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini vurğulayaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub qaz dəhlizinin əhəmiyyətindən bəhs edib.

Amerikalı koqresmen bəyanatında Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional sabitliyin gücləndirilməsi istiqamətində Azərbaycanla işin davam etdirilməsinin vacibliyini qeyd edib.

Həmçinin, bəyanatda geosiyasi enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın ABŞ-ın vacib tərəfdaşı olduğu vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti