...

Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 17 Fevral 2015 12:35 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyədə TRT-nin baş direktoru Şenol Göka ilə görüşüb.
Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyədə TRT-nin baş direktoru Şenol Göka ilə görüşüb. Trend AzərTAc-a istinadən xəbər verir ki, "Bir millət, iki dövlət" kəlamının xatırlandığı görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə media sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilib.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov TRT-nin fəaliyyətini yüksək qiymətləndirib. Ş.Göka xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə TRT-nin daim dəstək verdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, eləcə də media sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, həyata keçirilən birgə layihələrin bu əməkdaşlığı daha da genişləndirəcəyinə əminlik ifadə edilib.

Ş.Göka bildirib ki, TRT tərəfindən ortaq coğrafi məkanda istifadə edilən türk sözlərinin üç dildə (türk, Azərbaycan, Türkmənistan) tələffüzünün əks olunduğu səsli lüğətin hazırlanması üzərində iş yekunlaşmaqdadır. Bu layihə xalqlarımızın daha da yaxınlaşmasına, bir-birilərini daha yaxşı başa düşmələrinə kömək edəcək.

Prezident Administrasiyasının rəsmisi Əli Həsənov layihənin çox yaxşı təşəbbüs olduğunu vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti