...

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığa dair işçi qrupunun görüşü olub

Siyasət Materials 30 Mart 2015 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycan-Pakistan hərbçilərindən ibarət işçi qrupunun növbəti görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib. Tədbirdə hər iki ölkənin yüksək rütbəli zabitləri iştirak ediblər.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov görüşdə bildirib ki, maraq doğuran bir sıra qarşılıqlı məsələlər üzrə iki ölkə arasında ənənəvi əməkdaşlıq mövcuddur.

O, qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanı dəstəkləməkdə və müdafiə etməkdə davam edir. Azərbaycan Respublikası da Pakistanı Kəşmir probleminin həll edilməsində dəstəkləyir.

Sonra söz Pakistan İslam Respublikası Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayna verilib. O da öz növbəsində, Azərbaycan-Pakistan münasibətlərindən söz açıb.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti