...

Prezident İlham Əliyev Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon manat ayırdı

Siyasət Materials 14 Aprel 2015 19:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon manat ayırdı

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərinin Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, on üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti