...

Abdulla Gül: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazın ciddi problemi olaraq qalır

Siyasət Materials 16 Aprel 2015 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazın bu günə qədər həllini tapmayan ciddi problemidir.

Trend-in "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin sabiq prezidenti Abdulla Gül bildirib.

O vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalına davam etməsi təəssüf doğurur.

A.Gül qeyd edib ki, Cənubi Qafqazın Avropa və Asiya arasında dialoqa qapı açmaq üçün böyük potensialı var, lakin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktı buna əngəl törədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti