Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
BŞİH-dən Trend-ə verilən məlumata görə, müraciət İcra Hakimiyyətində baxılıb və nəzərə alınıb. Bildirilib ki, bununla əlaqədar mayın 2-də Milli Şuranın istədiyi yerdə və istədiyi vaxtda, yəni Yasamal rayon İdman və Sağlamlıq Kompleksinin stadionunda saat 15:00-dan 17:00-a qədər mitinqin keçirilməsinə icazə verilib.
Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verildi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirməklə bağlı müraciətinə cavab verib.